“Taxıl sazişi”nə çağırış

post-img

Maltada həmkarı ilə birlikdə mətbuat konfransı zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Rusiya ilə taxıl sazişinə yenidən baxılmalıdır. Bu barədə “Aandolu” agentliyi məlumat yayıb. 

Xarici işlər naziri qeyd edib ki, həm Ukrayna, həm də Rusiya taxılının dünya bazarlarına təhlükəsiz şəkildə çıxarılma­sı lazımdır. Bu, dünyanın yoxsul ölkələri üçün xüsusilə əhəmiyyətlidir. Türkiyəli nazir, ölkəsinin Ukraynanın ərazi bütöv­lüyünü hər zaman dəstəkləyəcəyini də vurğulayıb.

Yeri gəlmişkən, Türkiyənin xarici işlər naziri Hakan Fidan fevralın 6-da Liviya­ya gedib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib. Məlumatda bildiri­lir ki, H.Fidan Liviya rəsmiləri ilə ikitərəfli və regional məsələləri müzakirə edəcəyi gözlənilir.

Dünya