Qazaxıstan prezidenti hökumətin istefasını qəbul edib

post-img

Qazaxıstan hökuməti istefaya gedib, Nazirlər Kabinetinin rəhbəri səlahiyyətləri baş nazirin birinci müavini Roman Sklyara həvalə edilib.

Prezident Kasım-Jomart Tokayev bu gün bununla bağlı müvafiq fərman imzalayıb.

“Qazaxıstan Respublikası Konstitusiyasının 70-ci maddəsinə uyğun olaraq qərara alıram: 1.Qazaxıstan Respublikası hökumətinin istefası qəbul edilsin. 2.Qazaxıstan Respublikası Baş nazirinin vəzifələri müvəqqəti olaraq Roman Vasilyeviç Sklyara həvalə edilsin”. 

Fərmanın mətni prezidentin saytında dərc olunub.

P.ƏMİRCANOV

XQ

Dünya