Fransa Qviana həqiqətlərinin üzə çıxarılmasını istəmir

post-img

Fransa Qviananın yerli əhalisi ilə bağlı həqiqət komissiyasının yaradılmasına qarşı çıxır, çünki Qvianada törətdiyi əməllərlə bağlı araşdırma aparılmasını və həqiqətlərin üzə çıxarılmasını istəmir.

Bu fikri Fransa Milli Assambleyasında solçu demokrat və respublikaçı parlamen­tar qrupun, Lui Juane İnstitutunun (Institut Louis Joinet – IFJD) birgə təşkilatçılığı ilə keçirilən “Qviananın hindi əhalisinə dair həqiqət komissiyası” adlı kollokviumun iş­tirakçısı, Qvianadan olan deputat Jan-Vik­tor Kastor açıqlamasında deyib.

Hələlik heç bir razılığın əldə olunma­dığını vurğulayan deputat bildirib: “Eks­pertlər, tədqiqatçılar, Kanada, Avstraliya və digər ölkələrin təcrübələrindən yarar­lanaraq həqiqət və barışıq komissiyasını reallaşdırmaq istəyənlərə qarşı müxalif olanlar var. Mən dövlətdən heç nə göz­ləmirəm. Göründüyü kimi, ekspertlər bir neçə misal çəkdilər ki, bəzən dövlət bun­dan imtina edib. Belə olan halda insan­lar özləri nə isə etməyi qərara alıblar. Bu proses hüquqi xarakter daşımır. Bu, xü­susən yerli xalqlarla bağlı bir prosesdir. Ona görə də bu prosesdə yerli xalqların iştirakı vacibdir, çünki onların səsi eşidil­məlidir. Hazırkı vəziyyət odur ki, həqiqət üzə çıxarılmalıdır. Yazılan kitab və ilkin araşdırmalar nəticəsində hazırlanaraq bu tədbirdə təqdim olunan hesabat prosesin yalnız başlanğıcıdır”. 

Deputat rejimin sərt tədbirlərindən eh­tiyatlanan bəzi şəxslərin bu barədə danış­maq istəmədiklərini də vurğulayıb. Lakin buna baxmayaraq, konfrans iştirakçıları­nın özlərinin və valideynlərinin şahidi ol­duqları barədə danışdıqlarını qeyd edib. 

XQ

Dünya