Korsika xalqı milli haqqını tələb edir

post-img

“Bu gün Fransa polisinin iki fəalımıza və onların ailələrinə qarşı törətdiyi zorakılığa cavab olaraq buradayıq. Bu fəallar siyasi və peşə fəaliyyətlərində vicdanlı və hörmətli şəxslərdir. Polisin rəzil və qəbuledilməz əməllərinə etirazımızı bildirmək üçün mətbuat konfransı keçirdik”. 

Bu fikirləri “Corsica Libera” partiyası­nın sabiq sözçüsü Petru Antone Tomasi səsləndirib. O bildirib ki, polisin “Nazione” siyasi partiyası fəallarına qarşı həyata ke­çirdiyi repressiya bu siyasi hərəkat yara­nandan iki gün sonra və daxili işlər naziri Jerald Darmanən Korsikaya səfərindən bir neçə gün əvvəl baş verib. “Fransa hökumətinin hər hansı bir üzvünün səfə­rindən əvvəl və ya müstəqillik tərəfdarla­rının təşəbbüslərindən sonra polisin belə zorakılıqlar törətməsi sistemli hal alıb. Bu onu göstərir ki, Fransada hakimiyyət böl­güsü mifdir və hər şey dövlətin əlindədir. Fransa dövlətinin əmri ilə polis “Nazione” siyasi cərəyanını neytrallaşdırmaq istəyir. “Nazione” bu gün Parisin həyata keçirdiyi strategiyaya qarşıdır”, – deyə Petru Anto­ne Tomasi qeyd edib. 

Diqqətə çatdırılıb ki, ötən həftə yeni yaranmış “Nazione” partiyasının ümumi yığıncağında bəyan edildiyi kimi, onlar ölkədə fəaliyyətlərini genişləndirəcəklər, Korsika xalqının və onun hüquqlarının ta­nınmasını tələb edəcəklər.

XQ

Dünya