Özbəkistan mediası Azərbaycandakı prezident seçkilərindən yazıb

post-img

Özbəkistanın nüfuzlu KİV-ində Jurnalistlər Fuad Hüseynzadə və Ədil Ədilzadənin Azərbaycanda fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə bağlı məqaləsi dərc edilib. XQ xəbər verir ki, məqalə “Tnews.uz”, “Xabar.uz” və “Muzaffar.uz” saytlarında “Azərbaycan prezident seçkilərinə hazırlaşır” və “Zəfər seçkiləri” başlıqları ilə yayımlanıb. Jurnalistlər seçki ilə bağlı “Özbəkistan24” radiosunda da çıxışlar ediblər.

Məqalə və radio çıxışlarında qarşıdan gələn prezident seçkiləri haqqında geniş məlumat verilib. Qeyd edilib ki, prezident seçkilərində mübarizə aparacaq 7 namizədin təşviqat kampaniyası üçün qanunvericiliyə uyğun şərait yaradılıb.

Məqalədə ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan vətəndaşların seçki hüququnun təmin edilməsi məqsədilə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən müvafiq tədbirlər görüldüyü qeyd edilib. Bildirilib ki, MSK-ya təqdim edilmiş məlumatlar əsasında seçkilərin ölkə hüdudlarından kənarda təşkili məqsədilə ümumilikdə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.

Məqalədə işğaldan azad edilmiş ərazilərdə seçkilərə hazırlıq prosesindən də bəhs edilib, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkinin bütün ölkə ərazisində keçiriləcəyi xüsusi olaraq vurğulanıb.

Anar ƏLİ
XQ

Dünya