Fransada etirazçı fermerlərin qarşısına zirehli maşınlar çıxarılıb

post-img

Fransa polisi Avropanın ən böyük ərzaq bazarı olan Rungis və Paris yaxınlığındakı Roissy-Charlesdə etiraz edən fermerləri zirehli texnikalarla blokadaya alıb. TASS xəbər verir ki, bu barədə Paris prefekturasının polis idarəsi məlumat yayıb.

“Daxili İşlər naziri Gerald Darmanenin göstərişinə əsasən, Rungis və Roissy bölgələrinə böyük müdafiə qüvvələri yerləşdirilib. Təkərli zirehli texnika ilə dəstəklənən mobil polis qüvvələri hadisə yerindədir və giriş-çıxışa nəzarət edirlər”, - polis idarəsi qeyd edib.

Administrasiyanın səhifəsində avadanlıqları əks etdirən qısa video da yerləşdirilib.

Xatırladaq ki, Fransada artıq xeyli müddətdir dermerlərin kütləvi nümayişləri keçirilir. Fermerlər əsasən bürokratik prosedurların sadələşdirilməsini tələb edirlər.

Rizvan FIKRƏTOĞLU
XQ





Dünya