Fransada etirazçı fermerlər gömrük binasını yandırıblar

post-img

Fransada etiraz edən fermerlər Nimdəki gömrük binasını yandırıblar. Bu barədə Gar departamentinin prefekti Cerom Bonnet məlumat verib. Məlumatı “İzvestiya.ru” verib. 

“Bu axşam saat 19:15-də Nim gömrük məntəqəsində yanğın baş verib, guya insanların kənd təsərrüfatı texnikasını sındırması nəticəsində baş verib”, - deyə o, X sosial şəbəkəsində yazıb və artıq günahkarları axtardıqlarını bildirib.

Bundan başqa, həmin gün Narbonna şəhərində Aude departamentində fermerlər sosial sığorta xidmətinin binasını yandırıblar. L'Indépendant qəzetinin yazdığına görə, onlar traktorla bir dəstə qurudulmuş üzüm budağını ofisin yanına töküb və yandırıblar.

Qeyd olunur ki, 25 yanğınsöndürən müdaxilə etsə də, sonda ev tamamilə yanıb.

 

P.ƏMİRCANOV

XQ

Dünya