Makedoniyalı İsgəndərin ailə qəbirləri tapılıb

post-img

Alimlər Makedoniyalı İsgəndərin ailəsinə aid olan 3 məzardakı insan qalıqlarının kimliyini müəyyən edə biliblər. Qəbirlər Yunanıstanın şimalındakı Böyük Vergina kurqanında yerləşir. 

Yeni məlumatlara görə, orada İsgəndərin atasının, ögey ana və qardaşlarının, eləcə də oğlunun qalıqları var. Bu barədə “Journal of Archaeological Science: Reports” məlumat yayıb.

İkinci türbədə sağlığında tez-tez at sürən kişi və qadının qalıqları olub. Alimlərin fikrincə, onlar İsgəndərin ögey qardaşı Kral Arrideus və həyat yoldaşı, “qadın döyüşçü” Adea Eurydiceyə məxsusdur.

Tədqiqatçılar ehtimal edirlər ki, üçüncü məzarda Makedoniyalı İsgəndərin uşaq ikən ölmüş oğlu IV Aleksandr dəfn olunub.

AYTƏN.N. 
XQ

 

Dünya