Rusiyada özügedən qatar...

post-img

Şimal qonşumuz dəmiryol nəqliyyatının modernləşdirilməsi istiqamətində uğurlu addımlar atır. Bu günlərdə Moskvada “Gələcəyin nəqliyyat sistemi sərnişinin mənafeyi naminə” mövzusuna həsr olunmuş konfrans keçirilib. 

Tədbirdə “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Oleq Belozyorov  bildirib ki, 2024-cü ilin yayında Moskva Mərkəzi Halqasında qismən pilotsuz qatar işə salınacaq. Onun sözlərinə görə, 2026-cı ildə ölkədə bir neçə istiqamətdə tamamilə pilotsuz qatarlar dövriyyəyə buraxılacaq. 

XQ

 

Dünya