Latviya kaset sursatlarına dair sazişdən mümkün qədər tez çıxmağa çağırıb

post-img

Latviya Seyminin Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Laurinas Kaşçiunas kasetli sursatların istifadəsini qadağan edən konvensiyadan tez bir zamanda çıxmağa çağırıb. LRT xəbər verir ki, o, prezidentin bu məsələ ilə bağlı qərarını gecikdirməsindən də məyus olduğunu bildirib.

“Bizim bu konvensiyadan niyə çıxmağımızla bağlı çoxlu arqumentlər var. Əsas arqument ondan ibarətdir ki, müharibə zamanı mühasirəyə və müdafiəyə hazırlaşanda insan özünü saxlaya bilmir. Əgər ruslar onlardan istifadə edə bilirsə, onda biz niyə onlardan istifadə etməyək?Biz regionda bu konvensiyanı ratifikasiya etmiş yeganə ölkəyik”, – Kasciunas bildirib. 

Onun sözlərinə görə, Seym komitəsi prezidentin nümayəndələrindən məsələ ilə bağlı qərarın niyə dayandığına dair “çox güclü arqumentlər” eşitməyi gözləyir.

Əlavə edək ki, kasset hərbi sursatları haqqında Konvensiya kaset sursatlarının, yəni çoxsaylı partlayıcı sursatları dağıtan sursatların istifadəsini, ötürülməsini və yığılmasını qadağan edən beynəlxalq müqavilədir. Onlara toxunduqda və ya götürdükdə partlaya bilərlər. Bu səbəbdən bu tip sursat mülki əhali üçün təhlükəli hesab olunur. 

S.ELAY

XQ

Dünya