Fransanın xarici işlər naziri disleksiyadan əziyyət çəkdiyini etiraf edib

post-img

Fransanın xarici işlər naziri Stefan Sejurne oxumaq və yazma bacarıqlarının pozulması ilə əlaqəli disleksiyadan əziyyət çəkdiyini etiraf edib. O, bu barədə “Le Parisien” nəşrinə müsahibəsində danışıb.

O, fransız dilinin yazı və tələffüzündə səhvlərə görə özünə ünvanlanan tənqidlərə belə cavab verib: “Gənc olanda mənə ağır disleksiya diaqnozu qoyulub. On beş il əvvəl mən sizinlə indi apardığım müzakirəni apara bilməzdim".

O, “şifahi nitq qüsurlarından” xilas olmaq üçün uzun bir proqramdan keçdiyini vurğulayıb.

“Milyonlarla insanda (disleksiya) var. Mən onlara bir mesaj göndərmək istəyirəm: aşılmaz görünə bilər, amma inanın ki, hər şey mümkündür. Ümidsiz olmayın”, - Fransanın xarici işlər naziri vurğulayıb.

S.ELAY

XQ

Dünya