"Politico": ABŞ-da yazda təxminən 22 milyon vətəndaş internetsiz qala bilər

post-img

“Politico” yazır ki, 2024-cü ilin yazında təxminən 22 milyon amerikalı internetsiz qala bilər. Nəşrin yazdığına görə, ev internetinin dəyərini ödəyən güzəştli federal yardım proqramından yararlanan ölkənin aztəminatlı sakinləri internetdən qopa bilər.

"Politico" izah edir ki, bu proqramın faydası 30 dollar endirim əldə etməyə imkan verir ki, bu da tez-tez bəzi tarifləri pulsuz edir. Konqres proqram üçün maliyyə mənbələri tapmasa, o, yazda fəaliyyətini dayandıracaq.

Nəşr qeyd edir ki, proqram ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən COVID-19 pandemiyası zamanı əhaliyə dəstək çərçivəsində başlanıb. Daha sonra, Co Baydenin prezidentliyi dövründə proqram uzunmüddətli maliyyələşdirmə mexanizmi olmayan bir infrastruktur qanun layihəsinə daxil edilib. "Politico"nun məlumatına görə, 2024-cü ilin aprelinə qədər proqrama daha 3 milyon iştirakçı qoşulacaq.

S.ELAY

XQ

Dünya