Qırmızı dənizdəki ticarət gəmilərinə ballistik raket hücumları olub

post-img

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəmən husilərinin Qırmızı dənizin cənubuna iki gəmi əleyhinə ballistik raket atdığını bildirib. CENTCOM-un hesabatında qeyd olunur ki, bu, noyabrın 19-dan bəri Qırmızı dənizdə ticarət gəmilərinə edilən 24-cü hücumdur.

“Bölgədəki bir neçə kommersiya gəmisi yaxınlıqda ballistik raketlərin dənizə düşdüyünü bildirib, lakin heç biri hər hansı bir zərər barədə məlumat verməyib”,- CENTCOM sosial media X (əvvəllər Twitter) hesabında xəbər yayımlanıb.

XQ

Dünya