Hindistan Ermənistana “Akaş” HHM sisteminin tədarükünə başlayıb

post-img

Hindistan yaxın bir neçə ay ərzində Ermənistana “Akaş” zenit-raket komplekslərini tədarük etməyə başlayacaq. TASS xəbər verir ki, bu barədə ANI agentliyi ölkənin Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Ermənistan bu hava hücumundan müdafiə sistemlərini Hindistandan 600 milyon dollara alıb.

“Akaş” qısa mənzilli zenit-raket kompleksi Hindistan Müdafiə Araşdırma və İnkişaf Təşkilatı tərəfindən yaradılıb. Kompleksin ilk uğurlu sınaqları 2007-ci ilin dekabrında baş tutub. O vaxtdan bəri kompleksin bir neçə modifikasiyası yaradılıb.

 

Rizvan FİKRƏTOĞLU

XQ

 

Dünya