BMT Baş Assambleyası nasizmin tərənnümünə qarşı mübarizə haqqında Rusiya Federasiyasının qətnaməsini qəbul edib

post-img

RİA Novosti xəbər verir ki, BMT Baş Assambleyası nasizmin tərənnümü ilə mübarizəyə dair Rusiya qətnaməsini qəbul edib.

Sənəddə ölkələrə İkinci Dünya Müharibəsinin tarixinə və nəticələrinə yenidən baxılmasının və İkinci Dünya Müharibəsi zamanı insanlığa qarşı cinayətlərin və müharibə cinayətlərinin inkarının qarşısını almaq üçün beynəlxalq insan hüquqları öhdəliklərinə uyğun olaraq müvafiq spesifik qanunvericilik və maarifləndirici tədbirlər görmələri tövsiyə olunur. 

Qətnamə müəllifləri nasizmin tərənnümü və təbliği ilə bağlı hadisələri pisləyirlər.

Sənəd, həmçinin dövlətləri qanunvericilik də daxil olmaqla, bütün müvafiq vasitələrlə irqi ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmağa çağırır. Bundan əlavə, o, etnik mənşəyə, milliyyətə, dinə və ya inanca görə irqçilik, ayrı-seçkilik, nifrət və zorakılığı təşviq edən maarifləndirici materialların istifadəsini pisləyir.

S.ELAY

XQ

Dünya