Fransa XİN-nin əməkdaşı Qəzzada həlak olub

post-img

İsrailin Qəzza zolağındakı Rafah şəhərindəki evə endirdiyi zərbə zamanı Fransa Xarici İşlər Nazirliyinin əməkdaşı həlak olub.

Bəyanatda deyilir ki, "Avropa və xarici işlər Nazirliyi İsrailin Qəzza zolağının cənubundakı Rafahı bombalaması nəticəsində aldığı xəsarətlərdən ölən işçilərindən birinin ölümünü böyük kədərlə öyrənib".

Bildirilir ki, diplomat Fransa Baş Konsulluğundan olan həmkarlarının evinə sığınıb. Evə dəyən zərbə təxminən on nəfəri öldürüb.

XQ

Dünya