Urartudan Sakasenaya hay uydurmaları

post-img

Tarix sinif lövhəsinə təbaşirlə yazılmır

Bu ermənilərdən elə hoqqalar çıxır ki, bilmirsən nə ad verəsən: milli gerizəkalıq, hoqqabazlıq, yoxsa siyasi gediş. Bu sıradan İrəvanın yeni meri andiçmə mərasimini öz məzhəbində, guya, Urartu üslubunda təşkil etmişdi: təntənə keçirilən binanın giriş qapısında “Urartu əsgərləri” qiyafəsində keşikçilər düzülmüşdülər.

Bu melodram – gülməli-ağ­lamalı olay sovet dönəmində hayların buna bənzər bir şou­sunu – hoqqabazlığını da yada saldı. O zamanlar Moskvanın xüsusi himayəsində kölgələnən, özlərinə Qafqaz və Anadolu coğ­rafiyasında saxta tarix qondaran haylar tək SSR-də deyil, bütün dünyada car çəkirdilər ki, bəs urartular onların ən qədim ba­balarıdır, ulu nənələri Haykanuş isə Urartu padşahının hərəmi olub. Lenorman, Raulinsin kimi Avropa alimləri əlüstü bu sərsəm fikrin əleyhinə çıxdılar, urartula­rın erməlilərlə heç bir əlaqəsinin olmadığını, onların Güneydən Anadoluya gəldiklərini dəlil-sü­butla bəyan elədilər. Bununla erməni xaçqarları, yalançı ta­rixçiləri bir müddət sussalar da, sonra bu əsassız, yalançı ideya­larından əl çəkmədilər. 

Mövzu ilə bağlı sadə bir gerçəkliyi oxucuların diqqətinə çatdırmaq istəyirik. Bir sıra bi­lim adamları əski tarixləri təkcə torpağın altında arxeoloji qazın­tılar, daş üzərindəki yazılarla de­yil, həm də yerin üstündəki topo­nim, etnonim, hidronimlərlə də gerçəklikləri ortaya qoyurlar. Bu baxımdan urartu sözünü xırdala­yıb araşdırdıqda onun iki isim və bir şəkilçi birləşməsindən ibarət olduğu aşkar görünür: Ur+ər+tu! Yəni, Ur (yəni, Ur ərlərinin yeri, məskəni).

Ur – şumerlərdəki məşhur Ur şəhər-dövlətin adıdır. Ər – min illər öncə olduğu kimi dilimiz­də işlənən kişi, igid deməkdir. Tu – şəkilçisi də onun təki min illərdir dilimizdə mövcuddur. Məsələn: daşdı, otdu. Bu şəkilçi başqa türk dillərində də varlığı­nı qoruyub saxlamışdır: alma+tı qazax dilində alma çox olan yer, yəni, “almalıq” deməkdir.

Qeyd etmək yerinə düşər ki, tarixdə və bugünümüzdə Ur, İr, Ər, Or sözönləri ilə başlayan nə qədər toponimlər, hidronim­lər, etnonimlər, oykonimlər var. Qədim Şumerlərdə Ur, Uruk şəhər dövlətləri, Arazın o tayın­da Urmi şəhəri və gölü, bu ta­yında Zəngəzurda Urud yaşayış məskəni, Türküstanda İrtış çayı, Avropanın şimalında İrlandiya ölkəsi, Avrasiyada məşhur Artur adı... Bir deyil, beş deyil...

“Kiş-kiş deməklə donuz da­rıdan çıxmadığı təki” nə qədər yazılsa da, deyilsə də haylar öz uydurma tarixləri, olmayan şəhərləri barədə yazmaqda da­vam edirlər. Onları dəstəkləyən xristian dünyasında Fransa kimi ölkələrdən soruşan yoxdur ki, hanı sizin o “möhtəşəm” şəhər­lərin, qalaların xarabalıqları?! 

Başqa bir misal. Qarabağda son dönəmlərdə hayların hallan­dırdığı “Artsax” sözünü götürək. O söz ki, haylar bununla tarixi Qarabağ toponimini əvəzləməyə cəhd edirdilər. Çünki, Qarabağ toponiminin – Arazın o tayı ilə paralel uzanan Qaradağla səsləş­məsi bu yer adlarının yalnız türk köklü olmasını göstərir. “Qara” sözünün “böyük” və “torpaq” mənaları var və min illərdir di­limizdə çeşidli şəkillərdə işlənir. Çox əski çağlardan dədə-babala­rımız Arazın bu tayını Qarabağ – “bağ-bağatlı torpaq”, o tayını Qaradağ – “dağlıq yer” adlandı­rıblar.

Qaradağ adı Türküstandan tutumuş Anadoludan o yanlara­dək neçə-neçə ölkələrdə vardır. Anadolu türkcəsində “kara yol” “torpaq yol” mənasında işlənir. Ancaq bu tərs və kəmsavad top­lum anlamır ki, “Ərsaq” etno­niminin dəyişdirilmiş şəkli olan “Artsax” da türk sözüdür. “Ər­məniyyə”ni “Armeniya” elədik­ləri təki “Ərsaq”ı da “Artsaq”a çeviriblər. Və bu etnonim ər və saq sözlərinin birləşməsindən yaranıb, mənası “saq ərləri” (ki­şiləri) deməkdir. “Saq” etnonimi çox qədimdir və əski bir türk tayfasının adıdır. Bu sözə Gü­neydən, uzaq Doğudan tutmuş Quzeyədək haralarda rast gəlin­mir... 

Dünya ədəbiyyatının ilk nümunələrindən olan Saqalar, Saxa Respublikası, Saxalin yarı­madası, Anqlosaks, Almaniyada Saksoniya əyaləti bu sıradandır. Yunan tarixçisi Herodot Azər­baycanın dağlıq bölgələrindən birinin Sakasen adlandırıldığını yazmışdır. Dağlar qoynunda­kı bu cənnət guşəsindəki Şəki (Səki), Zaqatala (Saqatala), Ba­lakən (Balasaqun) toponimləri­nin yaranmasında Saq etnonimi birbaşa iştirak etmişdir. 

Dünya dillərində “ş-s-z” səsləri bir-birinə keçir. Məsələn: “şeytan” sözü Avropa dillərində “satan” kimi işlənir. Biz “baş, beş, talış” deyirik. Qazax və qırğızlarsa “bas, bes, talas” de­yirlər. Bu sıradan bizdəki “Şəki” toponimi Krımda “Saki” kimi tələffüz olunur. Burada müalicə kurortu ilə məşhurlaşmış şəhər Saki kimi tanınır. Yeri gəlmişkən deyək ki, Azərbaycanda ikin­ci Şəki ölkəmizin güneyindəki Zəngəzur vilayətindədir. Tanın­mış jurnalist Flora Xəlilzadə bu qədim yurdda doğulub. Babəkin son anda sığındığı Şəki şəhəri də həmin məkandır. 

Əgər haylar indiki Qaraba­ğın min illər öncə “Artsax” ad­landırılması haqqında bir sənəd tapıblarsa bunun onların törəndi­yi, mənşəyi məlum olmayan hay tayfasına nə aidiyyatı?! Bəlkə, Şəki, Zaqatala, Balakən bölgələ­ri də Hayastan imiş?! Nə yaxşı ki, “Dəmir yumruq” bu sərsəm başları əzdi. Onlar Qarabağ adı­nı Artsaxa dəyişdirə bilsəydilər qədim Sakasen bölgəsini – Şəki, Zaqatala və Balakəni də Artsax dövlətinə qatacaq, bu gün də Rusiyanın yerinə buraya Fran­sanın “sülhməramlı” qoşunlarını köməyə çağıracaqdılar. 

Dilimiz, tariximiz və coğ­rafiyamızla bağlı olan saqalar Azərbaycan bilim adamları tərə­findən ciddi araşdırmalar tələb edir. Və bu araşdırmaların so­nuçlarının əcnəbi dillərdə nəşr edilməsi elmə, tarixə xidmət dən gərəkli bir işdir. Bizlər əski türlərdən olan saqların genlərini, dillərini daşıyırıq. Çox acınacaq­lıdır ki, indiyə qədər saqalar tər­cüməsi ilə nəşr olunub xalqımı­zın ixtiyarına verilməyib. Stalin – Mikoyan tandeminin antitürk despotizmi dönəmində buna qəti surətdə yol verilməyib. İndi niyə susmalıyıq?! 

Fazil GÜNEY,
yazıçı-şərqşünas, Əməkdar jurnalist



Siyasət