İrəvan Paşinyanın istefası ilə bağlı məlumatları təkzib edib

post-img

Ermənistan hökuməti baş nazir Nikol Paşinyanın gözlənilən istefası və növbədənkənar parlament seçkilərinin təyin edilməsi ilə bağlı məlumatları təkzib edib. Məlumatı “İnterfaks.ru” verib. 

"Bəzi müxalifət xadimləri və KİV-lər uzun müddətdir ki, növbədənkənar seçkilərlə bağlı yalan məlumatlar yaymağa çalışırlar. Baş nazirin istefası və növbədənkənar seçkilər barədə söhbətlər tamamilə yalandır. Belə müzakirələr yoxdur", - deyə Ermənistanın baş nazirinin aparatı rəhbərinin müavini Taron Çaxoyan sosial şəbəkələrdə bildirib. 

Çaxoyanın fikrincə, növbədənkənar seçkilərlə bağlı yalan şayiələrin yayılması “müxalifətin növbədənkənar seçkilərə getməməkdə hökuməti günahlandırmaq və yeni küçə hərəkatı yaratmağa çalışmaq üçün ictimaiyyətin emosiyaları ilə oynamaq üçün növbəti uğursuz cəhdidir”.

P.ƏMİRCANOV
XQ

Dünya