İtlər də liftlə qalxır...

post-img

Türkiyənin Artvin vilayətinin Hopa rayonunda iki məhəllə arasındakı məsafəni qısaltmaq üçün 5 il əvvəl istifadəyə verilən 50 metrlik liftdən təkcə insanlar deyil, sahibsiz itlər də istifadə edir.

Bu bölgənin sakinləri problemlərin inanılmaz həll yollarını tapa bilirlər. Küçədə yaşayan sahibsiz heyvanlar da artıq həyatlarını asanlaşdırmağın yolunu tapıblar.

Belə ki, Hopa rayon mərkəzində təxminən 50 metr hündürlükdə olan Kuledibi məhəlləsinədəki uzun yol və pilləkənlər sakinləri bezdirdiyi üçün bələdiyyədən lift istəyiblər. Lift artıq işləyir və ondan həm insanlar, həm də heyvanlar istifadə edirlər. Bununla da, tikilib istifadəyə verilən lift sayəsində sahibsiz heyvanların həyatı asanlaşıb.

XQ

 

Dünya