“Simpsonlar”ın “Günəş fırtınası”

post-img

Bəzi hadisələrin əvvəlcə serialda, daha sonra eyni şəkildə real həyatda baş verdiyi məşhur “Simpsonlar” cizgi serialı növbəti proqnozunu verib.  

Belə ki, cizgi filminin yeni bölümündə 2024-cü il üçün “günəş fırtınası” ssenarisi nümayiş olunub. Qəflətən baş verən fırtınadan sonra elektron əşyalar öz xüsusiyyətlərini itirir və insanlıq ibtidai şəraitə qayıdır. Bəzi iddialara görə, hər 100 ildən bir baş verən təbiət hadisələrindən olan Günəş fırtınaları bütün dünyada elektrik enerjisinin kəsilməsinə səbəb olacaq gücə malikdir.

Qeyd edək ki, 1989-cu il dekabrın 17-də ABŞ-də yayımlanmağa başlayan və 33 ildir davam edən “The Simpsons” cizgi serialının bütün dünyada böyük fanat kütləsi var.

Fidan 
XQ

 

Dünya