“Hədiyyəli qatar”

post-img

Azərbaycan Dövlət Uşaq Filarmoniyası “Hədiyyəli qatar” adlı konsert proqramı ilə çıxış edəcək.

Filarmoniyadan mətbuata bildirilib ki, tədbirdə “Musiqili Uşaq Teatrı”, “Sədəf” xalq çalğı alətləri ansamblı, “Şəms” uşaq xoru, vokal sinfi və müxtəlif yaş qruplarından ibarət rəqs kollektivi bir-birindən maraqlı, əsl Yeni il əhval-ruhiyyəli musiqi nömrələri nümayiş etdirəcəklər.

Proqramda Azərbaycan, Rusiya və Avropa bəstəkarlarının əsərləri, eləcə də xalq mahnıları səslənəcək.

Ayan SƏMƏDQIZI, 
tələbə-jurnalist

 

Son xəbərlər