Gürcü vitse-spiker: Biz Gürcüstanın Aİ-yə inteqrasiyasını dəstəklədiyinə görə Azərbaycana minnətdarıq

post-img

Biz Azərbaycana Gürcüstanın Avropaya inteqrasiyasına verdiyi güclü dəstəyə görə minnətdarıq.

Gürcüstan mətbuatı yazıb ki, bunu Gürcüstan parlamentinin vitse-spikeri, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Arçil Talakvadze deyib.

“Bu, ölkələrimiz və hökumətlərimiz arasında münasibətlərin və dostluğun davamıdır. Təbii ki, Gürcüstan regionda sülhün və sabitliyin təmin edilməsində mühüm rol oynamağa hazırdır və biz diqqətimizi regionumuzun və ölkələrimizin ehtiyac duyduğu planlara və gələcəyə yönəltmişik”, - deyə A.Talakvadze bildirib.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Dünya