Ərdoğan Afinada səfərdədir

post-img

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfərlə Yunanıstanın paytaxtı Afinaya gedib. Məlumatı “Anadolu” verib. 

Dövlət başçısını Ankaranın Esenboğa hava limanında vitse-prezident Cevdet Yılmaz, Ankara valisi Vasip Şahin və digər rəsmi şəxslər yola salıblar.

Səfərdə Türkiyə liderini xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşək, daxili işlər naziri Əli Yerlikaya, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, milli təhsil naziri Yusuf Tekin, milli müdafiə naziri Yaşar Gülər, ticarət naziri Ömər Bolat, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, Prezident Administrasiyasının Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun və prezidentin baş müşaviri, səfir Akif Çağatay Kılıç müşayiət edirlər. 

P.ƏMİRCANOV

XQ

Dünya