Rusiyada prezident seçkilərinin tarixi elan edildi – 17 mart

post-img

Federasiya Şurası bugünkü iclasında Rusiya Federasiyasında prezident seçkilərinin keçirilməsini nəzərdə tutan qətnamə qəbul edib. Seçkilər martın 17-də keçiriləcək. Məlumatı “İnterfaks.ru” verib. 

Parlamentin yuxarı palatasının spikeri Valentina Matvienko iclasda deyib: “Əslində, bu qərar seçki kampaniyasının başlanması deməkdir. Qanuna görə, Rusiyada prezident seçkiləri parlamentin yuxarı palatası tərəfindən səsvermə gününə 100 gündən gec olmayaraq və ən geci 90 gün qalmış təyin edilir. Rusiya Federasiyasında prezident seçkiləri üçün səsvermə günü dövlət başçısının əvvəlki ümumi seçkilərində səsvermənin keçirildiyi ayın ikinci bazar günüdür. Lakin seçkinin keçirilməli olduğu bazar günü qeyri-iş günündən əvvəlki günə təsadüf edərsə, həmin bazar günü qeyri-iş günü olan həftəyə düşərsə və ya həmin bazar günü müvafiq qaydada iş günü elan edilərsə, seçki növbəti bazar gününə təyin ediləcək”.

Beləliklə, gələn ilin mart ayının ikinci bazar günü 10-na düşür və 8 Martda bayramı əhatə edən həftəni bitirir. Ona görə də seçkilər gələn bazar gününə - martın 17-nə təyin edilib.

P.ƏMİRCANOV

XQ

Dünya