NASA-nın Mars “Odyssey” kosmik gəmisi 2001-ci ildən planetin ətrafında dövr edir. Kosmik gəmi qırmızı planetin nəfəs kəsən görüntülərini çəkib. O, həmçinin “Thermal Emission Imaging System” (THEMIS) alətindən istifadə edərək planetin səthinin qlobal xəritəsini yaradıb.
Arizona Dövlət Universitetindən Jonathon Hill Mars kosmik gəmisi “Odyssey”in “THEMIS” kamerasının əməliyyatlarını idarə edir. “THEMIS” aləti planetin səthindən təxminən 250 mil yüksəklikdən şəkillər çəkmək üçün istifadə olunur. Kosmik gəmi bulud təbəqəsinin altından planetin üfüqünü göstərən 10 şəkil çəkib.
“Odyssey” kosmik gəmisi təkcə Marsın şəkillərini çəkməyib. Bu müddət ərzində kosmik gəmi Marsın iki kiçik peykindən biri olan “Phobos”un şəkillərini də çəkə bilib.
XQ