Parisdə Fələstinə dəstək aksiyası keçirilib

post-img

Yüzlərlə tələbə Fələstinə dəstək nümayiş etdirmək üçün Parisdəki tarixi Sorbonna Universitetinin qarşısında toplaşıb. Məlumatı “Anadolu” verib. 

Axşam saatlarında Sorbonna Universitetinin yaxınlığındakı eyniadlı meydana toplaşan tələbələr İsrailin Qəzza zolağına hücumlarının dərhal dayandırılmasını tələb ediblər.

“Revolution Permanente” QHT-nin məlumatına görə, nümayişçilər “İsraili Qəzza zolağında soyqırımı dayandırmağa” çağırıblar.

Fələstin bayraqları daşıyan iştirakçılar Qəzza zolağında İsrail ordusunun hücumları nəticəsində həlak olan fələstinli mülki vətəndaşların xatirəsinə şam yandırıblar.

Nümayişçilər Qəzza zolağında dinc əhalinin ölümünə etiraz etmək üçün yerə uzanıblar. Aksiya zamanı İsrail təcavüzünün qurbanlarından bəzilərinin adları oxunub.

P.ƏMİRCANOV

XQ

Dünya