“Qırmızı cırtdan ulduz”un sirləri açılır

post-img

Astronomlar “James Webb” kosmik teleskopundan istifadə edərək ekzoplanet TRAPPIST-1 b-nin (qırmızı cırtdan ulduz) temperaturunu ölçüblər. 

Bu barədə xəbərdə qeyd edilib ki, temperaturun təxminən 230 dərəcə Selsi olduğu müəyyən edilib. Nəticə onun sıx atmosferə malik olmadığını göstərir və modelləşdirmə proqnozlarını təsdiqləyir. Tədqiqat müəllifləri bildiriblər ki, əvvəlki teleskopların heç biri belə zəif radiasiyanı tutmaq üçün kifayət qədər həssaslığa malik deyildi.

TRAPPIST-1 b-nin temperaturunu təxmin etmək üçün astronomlar ikinci dərəcəli tutulma fotometriyası adlanan texnikadan istifadə ediblər ki, bu üsul da qayalı ekzoplanetin öz ulduzunun arxasına keçərkən sistemin parlaqlığının dəyişməsini ölçmək imkanı yaradıb. 

Qeyd edək ki, 2017-ci ilin əvvəlində astronomlar qırmızı cırtdan ulduz TRAPPIST-1-in orbitində fırlanan yeddi qayalı ekzoplanetin kəşf edildiyini bildirmişdilər.

 

L.QURBANOVA 
XQ

 

Dünya