Polşa tankları Belarus sərhədində

post-img

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə görüşündə bildirib ki, Polşanın Belarus Respublikası ilə sərhəddə yeni tank batalyonunu yerləşdirməsi vəziyyətin gərginləşməsi istiqamətində növbəti addımdır. 

XQ xarici mediaya istinadən xəbər verir ki, Kreml rəsmisi, Belarus hakimiyyəti hazırkı vəziyyətdə “nə edəcəyini bilir, ümumiyyətlə, onlar bu vəziyyətdə təhlükəsizliyi təmin etmək üçün lazım olan hər şeyi edirlər” deyə vurğulayıb.

Ayşən AZADOVA

 

Dünya