Kollektiv Qərbin müəyyən ölkələrlə “dostluğunda” məqsəd Rusiyanı bu regiondan sıxışdırıb çıxarmaqdır. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalının efirində bildirib.
“Kollektiv Qərbin öz vurğuları var. Onlar, bir qayda olaraq, boş yerə dost olmurlar. Onlar Rusiyanı müəyyən regionlardan sıxışdıraraq dost olmağa çalışırlar”, - Kreml nümayəndəsi bildirib.
Peskovun sözlərinə görə, bu siyasətin perspektivləri var: “Biz bu siyasəti bilirik, öyrəşmişik. Yaxşı, biz də əlaqələrimizi bu risklərdən qorunmaq üçün qurmağı öyrəndik”.
P.ƏMİRCANOV
XQ

