Ukrayna Silahlı Qüvvələri: Gecə zərbələri nəticəsində Odessada liman infrastrukturu zədələnib

post-img

Ukraynanın Odessa şəhərində gecə saatlarında baş verən partlayışlar nəticəsində liman infrastrukturu zədələnib. Bu barədə Cənub Müdafiə Qüvvələrinin mətbuat katibi Nataliya Qumenyuk Rada telekanalına bildirib.

Noyabrın 6-na keçən gecə Ukrayna mediası bölgəyə hava hücumu xəbərdarlığı fonunda Odessada bir neçə partlayışın baş verdiyini xəbər verib.

Qumenyukun sözlərinə görə, liman ərazisində anbarlar, xüsusi yükləmə texnikası, eləcə də kənd təsərrüfatı məhsulları olan avtomobillər olub - onların hamısı zədələnib.

XQ

Dünya