Amerikanın nüvə sualtı qayığı Yaxın Şərqə gəlib

post-img

ABŞ-ın "Ohayo" sinifli strateji nüvə sualtı qayığı ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığının cavabdehlik zonasına gəlib. Bu barədə ABŞ komandanlığının  X sosial şəbəkəsindəki mesajında ​​deyilir.

"Ohayo" sinifli sualtı qayıqlar ABŞ-ın strateji hücum nüvə qüvvələrinin əsasını təşkil edir. Onlar qitələrarası ballistik raketlərlə təchiz olunub.

USS Gerald R. Ford və USS Dwight D. Eisenhower təyyarədaşıyıcılarının başçılıq etdiyi iki Amerika aviadaşıyıcısının zərbə qrupu artıq Yaxın Şərq regionundadır. Bundan əlavə, bölgəyə əlavə 300 ABŞ əsgəri göndərilib. 

ABŞ İsrail və HƏMAS arasında gedən müharibə fonunda Yaxın Şərqdə qruplaşmanı gücləndirib. Pentaqon bunu hər hansı dövləti və ya “qeyri-dövlət aktorunu” Qəzza zolağından kənarda hərbi əməliyyatları gücləndirməkdən çəkindirmək istəyi ilə izah edib. Amerika hakimiyyəti hələlik İsrailə qoşun göndərməyi planlaşdırmır.

XQ

 

Dünya