"Le Figaro": Vaşinqton Ukrayna münaqişəsinin bitməsini Kiyevin təşəbbüsü kimi təqdim etmək istəyir

post-img

ABŞ administrasiyası Ukrayna hökumətinin Rusiya ilə sülh danışıqlarına başlamaqla bağlı mümkün qərarından uzaqlaşmaq və bunu sırf Kiyevin təşəbbüsü kimi təqdim etmək istəyir. Bu fikri Hudson İnstitutunun tədqiqat direktoru, Bard Kollecinin professoru Uolter Mid cümə axşamı “Le Figaro” qəzetindəki məqaləsində bildirib. 

“[ABŞ Prezidenti Co Baydenin strategiyası [Ukrayna Prezidenti Vladimir] Zelenski danışıqlar aparmaq və əraziləri vermək vaxtının gəldiyinə qərar verənə qədər yardımı davam etdirmək olacaq. Bu, Vaşinqtondakı hökumətə ukraynalıların artıq hər şeyi qərara aldığını bəyan etməklə vicdanını rahatlamağa imkan verəcək”, - ekspert bildirib. 

O vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin mövqeyi çıxılmaz vəziyyətdədir.

Mid əlavə edib ki, amerikalılar Vaşinqtonun münaqişələrdə iştirakından yorulublar. “Amerikada qlobal aktivliyin adi amerikalı üçün faydalı olub-olmaması ilə bağlı real müzakirələr gedir. Tənbəllər müdafiələrini maliyyələşdirməkdən imtina etdikləri halda, axmaq Sem dayının niyə Avropaya dəstək verməsi ilə maraqlanırlar. Onlar Ukrayna ilə də maraqlanırlar (onu dəstəkləməyin məqsədəuyğunluğu ilə bağlı),” ekspert bildirib.

XQ

Dünya