Sudanda bazara mərminin düşməsi nəticəsində 20-dən çox adam həlak olub

post-img

Sudanın paytaxtı Xartumun ətrafında yerləşən bazara mərminin düşməsi nəticəsində 20-dən çox adam həlak olub. “The Times of India” demokratiyanı təbliğ edən yerli hüquqşünaslar komitəsinə istinadən xəbər verir ki, daha bir neçə nəfər yaralanıb.

Hadisə dünən, noyabrın 5-də baş verib. Partlayış Sudan ordusu ilə Çevik Reaksiya Qüvvələri (RRF) arasında intensiv atışmalar zamanı baş verib. Yerli hüquq müdafiəçilərinin məlumatına görə, bir gün əvvəl, noyabrın 4-də Xartumda mərmilərin bir neçə evə düşməsi nəticəsində 15 dinc sakin həlak olub.

Rəsmi ordu ilə RRF arasında silahlı qarşıdurma aprel ayında başlayıb. Nəticədə ən azı 3 min insan həlak olub. BMT-nin məlumatına görə, üç aylıq münaqişələr ərzində 3 milyondan çox insan qaçqın və ya məcburi köçkün vəziyyətinə düşüb. May ayında hər iki tərəf “mülki insanlara zərər verə biləcək hər hansı hücumlardan çəkinməyə” razılaşıb.

XQ

Dünya