ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları

post-img

Embarqolar enerji və maliyyə sektorlarına yönəlib

ABŞ Rusiyaya qarşı növbəti sanksiyasını elan etdi. Noyabrın 2-də dərc edilmiş sanksiyaları paketi mövcud məhdudiyyətlərdən yan keçməyin mümkün yollarını maksimal şəkildə bloklamaq siyasətini davam etdirir. Siyahıda çox sayda Rusiya şirkətləri, bankları və hətta qurumları da var. Ekspertlərin fikrincə, yeni sanksiyalar ən çox Rusiyanın yanacaq, enerji və maliyyə sektorlarına təsir göstərəcək.

Mütəxəssislər deyirlər ki, ABŞ-ın an­ti-Rusiya sanksiyalarının (SND) son paketi­nin özəl cəhəti onun daxil olduğu müxtəlif sənaye şirkətlərinin böyük siyahısının olma­sındadır. Üstəlik, bu şirkətlərin çoxu Rusiya yurisdiksiyasından kənarda qeydiyyata alı­nıb və Rusiyanın hüquqi şəxslərinin xarici törəmə müəssisələri deyil. Belə ki, SDN siya­hısına BƏƏ-dən 15 şirkət daxil edilib. Bunun baş verməsinin ehtimal olunan səbəbləri Xa­rici Aktivlərə Nəzarət İdarəsi (OFAC)-ın bu şirkətlərdən biri olan ARX ilə bağlı şərhində göstərilir: “Şirkət sanksiyaya məruz qalmış Xarici Ticarət Bankından (VTB) dollara kon­vertasiya ilə rublun köçürülməsi yollarının tapılmasında iştirak edib, həmçinin sanksi­yalarla üzləşdiyi halda müştəri aktivlərinin müəyyən edilməsi risklərini azaldıb. Ana­litiklər vurğulayırlar ki, hər bir yeni sanksi­ya siyahısında təkcə siyahıya daxil edilmiş Rusiya şəxslərinin “törəmə şirkətləri” deyil, getdikcə daha çox xarici şirkət və onlarla əlaqəli şəxslər yer alırlar. Belə ki, yeni siyahı­ya BƏƏ, Türkiyə, Kipr, İsveç, Latviya və İr­landiyanın sakinləri daxildir. Mütəxəssislərin sözlərinə görə, yeni sanksiyalar “dolların ma­liyyə sisteminə çıxışını daraltmaq, qadağan olunmuş malların tədarükünü məhdudlaşdır­maq və Rusiya Federasiyasının texnoloji və istehsal sektorlarına zərbə vurmaq şəklində əvvəllər seçilmiş yolu davam etdirir”.

ABŞ Xəzinədarlığı Rusiyanın NOVA­TEK şirkətinin ikinci LNG layihəsi olan “Arctic LNG-2”-nin icrasına cavabdeh olan “Arctic LNG-2 MMC”ni sanksiyalar siyahı­sına əlavə edib. Təxminən 25 milyard dollar dəyərində olan bu layihə ildə 6,6 milyon ton­luq üç mayeləşdirmə xəttin tikintisini nəzər­də tutur. Birincisi ilin sonuna qədər işə salın­malı və daşımaların 2024-cü ilin əvvəlində başlanacağı gözlənilir. Layihənin ikinci xətti 2024-cü ildə, üçüncü xətti 2026-cı ildə tikil­məlidir. Rusiya mətbuatının yazdığına görə, sanksiyalar o deməkdir ki, “Arctic LNG-2” ilə bütün əməliyyatlar qadağandır. Burada əsas sual ondan ibarərdir ki, sanksiyaların tətbiqindən sonra NOVATEK layihədən LNG-ni uzunmüddətli müqavilələr əsasında sata biləcəkmi, yoxsa istehlakçılar, o cüm­lədən layihənin səhmdarları onları yerinə yetirməkdən imtina edəcəklər? Mütəxəssis­lərin sözlərinə görə, sanksiyalar çox güman ki, müqavilələrin yerinə yetirilməsinə mane olacaq, çünki yük üçün ödənişlər mümkün olmayacaq. 

Bundan başqa, Rusiyanın yeddi ban­kı ABŞ-ın bloklayıcı sanksiyalarına məruz qalıb. Eyni zamanda SDN siyahısına daxil edilməsi bank üçün ABŞ-dakı aktivlərinin dondurulması və hər hansı amerikalı kontra­gentlə dollarla hesablaşmaların qadağan edil­məsi deməkdir. Qeyd edilir ki, ümumilikdə, 2022-ci ilin fevral ayından SDN siyahısına 40-dan çox bank daxil edilib. Mütəxəssilərin sözlərinə görə, əgər əvvəllər iri və ya döv­lət bankları sanksiyalara məruz qalırdısa, indi kiçik banklar da siyahıya salınır. Rusi­ya KİV-i yazır ki, əksər banklar bu xəbərə təəccüblə yanaşmayıblar. Həmin bankların şərhində qeyd olunur ki, sanksiyalar “bankın işinə ciddi təsir etməyəcək”, “müştərilər heç bir şəkildə məhdudlaşdırıcı tədbirlərin təsiri­ni hiss etməyəcəklər”. 

Ancaq Sankt-Peterburq Birjasının OFAC-ın sanksiya siyahısına salınması ar­tıq onun fəaliyyətinə təsir göstəri. Belə ki, noyabrın 2-də saat 18:00-da saytda xarici və Rusiya səhmlərinin ticarəti dayandırılıb. Eyni zamanda OFAC 2024-cü il yanvarın 31-dək Sankt-Peterburq Birjasının qiymətli kağızlarından çıxmaq üçün lisenziya verib. Birjanın özü iddia edir ki, tətbiq edilən sank­siyalar müştəri aktivlərinə təsir etməyəcək. Lakin Moskva birjasında keçirilən hərrac­larda Sankt-Peterburq Birjasının səhmlərinin günün sonunda 19 faiz ucuzlaşdığı qeydə alınmışdı. Bazar analitikləri də etiraf edirlər ki, Sankt-Peterburq Birjasının sanksiyalarına məruz qalması sanksiyalar narahatlıq doğu­rur. Ona görə ki, sanksiyaların tətbiq olun­ması birjada dollarla hesablaşmaların apa­rılmasının və səhmlərin ticarətinin tamamilə dayandırılmasına gətirib çıxacaraq. Rusiya qəzetləri yazırlar ki, Sankt-Peterburq Birjası­nın SDN siyahısına daxil edilməsindən sonra “təkcə dost olmayan ölkələrdən deyil, şərti dost ölkələrdən olan əcnəbilər də işləməyə­cəklər, çünki ikinci dərəcəli sanksiyaların riskləri hamını qorxudur”. 

S.ELAY
XQ

Dünya