Qənirə Paşayevanın Türkiyə sevgisi ekranda

post-img

Mərhum millət vəkili Qənirə Paşayevanın Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi "Addım-addım Türkiyə" adlı sənədli filminin təqdimat mərasimi olub.

Təqdimat mərasimində ölkənin ta­nınmış mədəni-ictimai xadimləri, Milli Məclisin deputatları, digər dövlət və ic­timai təşkilat nümayəndələri, həmçinin mərhum millət vəkilinin ailə üzvləri, me­dia mənsubları iştirak edib.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Qənirə Paşayevanın türk dünyası üçün əziz olmasını vurğulayıb: "Qənirə xanım bu ssenari haqqında mənə danışmışdı. O, bütün Türkiyəni gəzmək istəyində idi və böyük bir qis­mini də gəzmişdi. Amma, təəssüflər ol­sun ki, bu gün bizim aramızda yoxdur. Qənirə xanımın siyasi görüşlərindən əlavə hər zaman jurnalistik baxışı da özünü hiss etdirirdi".

Qənirə Paşayevanın əmisi, filologi­ya elmlər doktoru, professor Qəzən­fər Paşayev, filologiya elmləri doktoru, professor Nizami Cəfərov Qənirə Pa­şayevanın ölkəmiz və Türkiyə üçün, türk dünyası üçün fəaliyyətindən bəhs ediblər.

Sonra film nümayiş olunub.

XQ

Son xəbərlər