Almaniya Yaxın Şərqə 1000-dən çox əsgər göndərib

post-img

DPA xəbər agentliyi Berlindəki təhlükəsizlik rəsmilərinə istinadən xəbər verir ki, Almaniya silahlı qüvvələri Almaniya vətəndaşlarının münaqişə zonasından çıxarılması üçün mümkün əməliyyat məqsədilə Yaxın Şərqə 1000-dən çox hərbçi göndərib.

"Bundesver Almaniya vətəndaşlarının mümkün təxliyəsi üçün Yaxın Şərqə 1000-dən çox əsgər göndərib", - bəyanatda deyilir.

Qeyd olunur ki, hazırda Kiprdə hərbi qulluqçuların əksəriyyəti döyüş hazırlığı vəziyyətindədir.

Mənbələrin fikrincə, hər şey hadisələrin gələcək gedişindən asılı olacaq, onu proqnozlaşdırmaq mümkün deyil.

Bundan əvvəl “Bild” qəzeti yazmışdı ki, Bundesver (Almaniya Silahlı Qüvvələri) Fələstin-İsrail münaqişəsinin gərginləşməsi ilə əlaqədar Kiprə xüsusi bölmələr yerləşdirib ki, onlar lazım gələrsə, alman vətəndaşlarını təxliyə edə biləcəklər.

S.ELAY

XQ

Dünya