Qazaxıstanda matəm günü elan edilib

post-img

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Kostenko mədənində yanğın baş verən Karaqanda vilayətinə gəlib. Ölənlərin sayı 25-ə çatıb, daha 21 şaxtaçının axtarışları davam edir.

Cənab Tokayev oktyabrın 29-u milli matəm günü elan edib. Mətbuat xidməti məlumat yayıb ki, qazax lideri, həmçinin həlak olan şaxtaçıların ailələri və yaxınları ilə görüşüb, qəzanın baş vermə şəraitini öyrənəcəyini, habelə şaxtaçıların, xəsarət alanların və həlak olanların ailələrinin xilas edilməsi üçün lazımi köməklik göstəriləcəyini vəd edib.

Xatırladaq ki, mədəndə qəza bu gün səhər saatlarında baş verib. İlkin məlumatlara görə, buna səbəb lavada (yeraltı mədən) metan partlayışı olub. Qəza zamanı 252 şaxtaçı yerin altında olub, 206-sı müstəqil şəkildə şaxtadan çıxıb. Qazaxıstan prezidenti hökumətə şaxtanın sahibi olan “ArcelorMittal Temirtau” şirkəti ilə investisiya əməkdaşlığını dayandırmağı tapşırıb.

S.ELAY

XQ

Dünya