Siyarto: Macarıstan 12-ci sanksiyalar paketini təsdiq etməyəcək

post-img

Macarıstan Avropa İttifaqının (Aİ) 12-ci anti-Rusiya sanksiyaları paketinin Rusiya sənayesinin qaz, neft və nüvə sektorlarını əhatə edəcəyi təqdirdə qəbulunu təsdiq etməyəcək.

“Kommersant” xəbər verir ki, bunu Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto deyib. O, bir daha deyib ki, Rusiyaya qarşı sanksiya siyasəti “işləmir”.

Onun sözlərinə görə, sanksiyalar Rusiyanı vura bilər və Rusiyaya zərər verə bilər, lakin şübhəsiz ki, Avropa iqtisadiyyatına çoxlu ziyan vurur. Siyarto qeyd edib ki, Macarıstan bütövlükdə “sanksiya siyasətini davam etdirməyin mənasını görmür”: "Bizim üçün qırmızı xətt açıq-aydın enerji, qaz, neft, nüvə enerjisi və dövlət iqtisadiyyatımıza zərər verə biləcək hər hansı digər aspektlərə aiddir".

S.ELAY

XQ

 

Dünya