Ərdoğan İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokol imzalayıb

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya qəbulu ilə bağlı protokol imzalayıb. Bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb. Xəbəri “Anadolu” verib.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin sosial media səhifəsində yerləşdirilmiş mesajda deyilir: “23 oktyabr 2023-cü ildə İsveçin NATO-ya qəbulu ilə bağlı protokol Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanaraq Türkiyə Böyük Millət Məclisinə təqdim edilib”.

P.ƏMİRCANOV
XQ

Dünya