Britaniyalı alimlər karbon qazını effektiv şəkildə udan və oksigeni buraxan “Chroococcidiopsis cubana” bakteriyasından ibarət bioboya hazırlayıblar. Tədqiqatçıların fikrincə, bu bioboya həm Yerdə, həm də Marsın sərt mühitində istifadə oluna bilər.
“Chroococcidiopsis cubana” bakteriyaları Marsdakı şəraitə bənzəyən səhralarda yaşayır. Mikroorqanizmlər həddindən artıq zəif işıq şəraitində belə fotosintez etmək qabiliyyəti sayəsində sağ qalırlar. Mikrobioloqlar mikroorqanizmlərin təhlükəsiz şəkildə mövcud ola biləcəyi lateks və gil nanohissəcikləri əsasında xüsusi örtük yaradıblar. Daha sonra mikrobların 30 gün ərzində karbon dioksidi udub və oksigen buraxmalarını müşahidə ediblər.
Tədqiqatın müəllifi və bakterioloq Susi Hanqli Uilson, “Mexaniki cəhətdən dayanıqlı hazır bio örtüklər və ya “canlı boyalar” adətən su tələb edən bioreaktor əsaslı proseslərdə su istehlakını azaltmaqla bu problemləri həll etməyə kömək edə bilər”, – deyib.
XQ

