“Bir kəmər, bir yol” forumu işə başlayıb

post-img

Bu gün Pekində “Bir kəmər, bir yol” forumu öz işinə başlayıb. Bu təşəbbüs 2013-cü ildə Çin Sədri Si Cinpin tərəfindən tarixi İpək Yolu marşrutu boyunca Şərq və Qərb arasında ticarəti artırmaq üçün təklif edilən konsepsiyadır. Məlumatı “Anadolu” verib.

Təşəbbüs infrastruktur, nəqliyyat, enerji, rabitə və digər sahələrdə əməkdaşlıq layihələri ilə yeni qlobal şəbəkələr yaradılmasını nəzərdə tutur. Artıq 150-dən çox dövlət və 30-dan çox beynəlxalq təşkilat bu təşəbbüsə qoşulub.

“Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu oktyabrın 18-də də davam edəcək. Tədbirdə 130-dan çox ölkənin nümayəndəsi, o cümlədən 23 dövlətin başçısı iştirak edir.

P.ƏMİRCANOV

XQ

Dünya