Qazaxıstan Prezidenri Çin lideri ilə görüşüb

post-img

Pekində Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev və Çin Sədri Si Cinpin arasında danışıqlar aparılıb. Söhbət zamanı Tokayev çinli həmkarını gələn il ölkəsinə səfərə dəvət edib. Bu barədə Tokayevin mətbuat xidmətinə istinadən “İzvestiya.ru” məlumat yayıb.

Danışıqlar zamanı tərəflər ticarət-iqtisadi, neft-qaz, neft-kimya, energetika, maliyyə, nəqliyyat və tranzit sektorlarında, o cümlədən nüvə sənayesi, maşınqayırma və turizm, elektron ticarət və digər sahələrdə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər. 

Si Cinpin Qazaxıstanın suverenliyini və ərazi bütövlüyünü, Tokayevin apardığı islahatları dəstəklədiyini bəyan edib. O, eyni zamanda, “Bir kəmər, bir yol” təşəbbüsü üzrə layihələrin həyata keçirilməsi üçün Qazaxıstanla əməkdaşlığın vacibliyini qeyd edib. 

Qeyd edək ki, “Bir kəmər, bir yol” Çinin transmilli ticarət və investisiya layihələrini aktivləşdirdiyi beynəlxalq forumdur. Tədbir, həmçinin bütün iştirakçı ölkələrin iqtisadiyyatlarının stimullaşdırılmasına, mədəni əlaqələrin qurulmasına və möhkəmləndirilməsinə kömək edir.

 

P.ƏMİRCANOV

XQ

Dünya