Şüyüd zob düyününü “üyüdür”

post-img

Qalxanabənzər vəzi xəstəlikləri cəmiyyətdə ən çox rast gəlinən xəstəliklər sırasındadır. Ümumi sağlamlığa təsir etdiyindən bu xəstəliyin daşıyıcıları qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. 

Türkiyəli professor İbrahim Sa­raçoğlu şüyüdün qalxanabənzər vəzi xəstəliyinin müalicəsində mühüm rolu olduğunu bildirib. O deyib ki, şüyüd müalicəsi tiroid hormonlarını balans­laşdırır və onların sağlam işləməsinə kömək edir. Bundan əlavə, şüyüd bir neçə millimetr ölçüdə olan düyünləri ta­mamilə yox edir, santimetr səviyyəsin­də olanları isə kiçildir. 

İ.Saraçoğlunun sözlərinə görə, bu müalicə zamanı səhər, günorta və ax­şam acqarına, yeməkdən 15 dəqiqə əv­vəl 1 xörək qaşığı təzə şüyüd çeynənir və 2– 3 qurtum su ilə udulur. Müalicə 3 ay fasiləsiz davam etdirilir. 2-ci aydan sonra tiroid hormonları vaxtaşırı yoxla­nılmalıdır. Çünki alınan nəticəyə uyğun olaraq, daimi istifadə edilən dərmanla­rın dozasını azaltmağa ehtiyac yarana bilər.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat