Azərbaycanın qələbəsi separatizm problemi olan dövlətlər üçün yaxşı nümunə olacaq - RƏY

post-img

“Azərbaycan humanitar hüququ pozmayıb, öz ərazisində erməni azlığının hüquqlarına hörmət nümayiş etdirib. Bu, dünyada müsbət qarşılanacaq. Burada heç bir ziddiyyət yoxdur, çünki Azərbaycan tam hüquqi əsaslarla vaxtında – ATƏT-in Budapeşt sammitində yeni qeydə alınan aqressiv separatizmə qalib gəlib. Təbii, bəzi ölkələr var ki, orada bu məqam özünəməxsus şəkildə qəbul olunacaq ”.

Bu fikirləri Azərbaycan mediasına gürcü hərbi-siyasi elmlər doktoru, professor Vaxtanq Maisayın deyib. 

Onun sözlərinə görə, Prezident İlham Əliyev Xankəndidə Azərbaycan Bayrağını ucaltmaqla öz dövlətinin ərazi bütövlüyü uğrunda gedən mübarizəyə son qoyub. Bu qələbə Gürcüstan, eləcə də separatizmlə bağlı problemləri olan dövlətlər üçün yaxşı nümunə olacaq.

“Yeri gəlmişkən, postsovet ölkələrindəki separatçılar beynəlxalq humanitar hüquq prinsiplərini pozmaları ilə seçilirdilər. Hesab edirəm ki, indiki mərhələdə bütün aparıcı dövlətlər və beynəlxalq aktorlar Bakının bu addımlarını tamamilə adekvat şəkildə qəbul edəcəklər. İnanıram ki, biz Azərbaycan xalqını və ölkə rəhbərliyini öz torpağında təcavüzkar separatizm kimi bəlanın kökünü kəsə bildiyinə, ərazi bütövlüyünü bərpa etdiyinə görə təbrik edə bilərik”, - deyə Vaxtanq Maisayın fikirlərinə yekun vurub.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət