Qazaxıstan Türk İnvestisiya Fondu haqda müqaviləni təsdiqləyib

post-img

Qazaxıstan parlamentinin Senatı Türk İnvestisiya Fondunun yaradılması haqqında müqaviləni təsdiq edib. Sənəd imzalanmaq üçün dövlət başçısına göndərilib. Məlumatı “Anadolu” verib.

Fondun yaradılması ilə bağlı müqavilə 16 mart 2023-cü ildə Türk Dövlətləri Təşkilatı dövlət başçılarının fövqəladə sammiti çərçivəsində imzalanıb. 

Senatın deputatı Ləzzət Rısbekov deyib: “Türk İnvestisiya Fondu beynəlxalq maliyyə təşkilatı kimi, TDT üzv dövlətlərində region daxili ticarət və iqtisadi fəaliyyəti genişləndirmək yolu ilə iqtisadiyyatın inkişafına kömək məqsədilə yaradılıb”. 

Fondun təsisçiləri Qazaxıstan, Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğızıstandır. 

P.ƏMİRCANOV

XQ

 

Dünya