Borrel Azərbaycan və Ermənistanın Brüsseldə görüşəcəyinə ümid edir

post-img

Avropa İttifaqı diplomatiyasının başçısı Jozep Borrel ümid edir ki, Brüsseldə Azərbaycan və Ermənistan arasında danışıqları təşkil etmək mümkün olacaq. Məlumatı “İnterfaks.ru” verib. 

Borrel Qranadada (İspaniya) jurnalistlərlə söhbətində bildirib: “Brüsseldə Azərbaycan və Ermənistanın görüşünün təşkil ediləcəyinə ümid edirəm. Bu, ondan ötrü lazımdır ki, münaqişənin genişlənməyəcəyinə əmin olaq. Bundan əlavə, Ermənistanda siyasi sabitliyə nail olmaq lazımdır”.

Borrel Azərbaycan və Türkiyə rəhbərlərinin Qranadada keçirilən Avropa siyasi ictimaiyyətinin sammitində iştirak etməməsindən təəssüfləndiyini bildirib. 

P.ƏMİRCANOV

XQ

 

Siyasət