İlon Mask bu gün Bakıdakı tədbirdə onlayn çıxış edəcək

post-img

“SpaceX” şirkətinin təsisçisi İlon Mask bu gün Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində onlayn şəkildə çıxış edəcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən  bildiriblər ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirə İlon Mask virtual olaraq Bakı vaxtı ilə saat 17:45-də qoşulacaq.

Çıxış Beynəlxalq Astronavtika Federasiyasının veb-saytında, yutub kanalında, eyni zamanda, 74-cü Beynəlxalq Astronavtika Konqresinin X (keçmiş tviter) platformasındakı rəsmi səhifəsində canlı olaraq yayımlanacaq.

İqtisadiyyat