ABŞ Senatının Xarici Əlaqələr Komitəsinə senator Ben Kardin sədrlik edəcək

post-img

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinə rüşvətxorluq ittihamı ilə üzləşən Bob Menendesi əvəz edən senator Ben Kardin rəhbərlik edəcək. Çərşənbə günü senatorlar Kardini bu vəzifəyə təyin edən qətnaməni təsdiqləyiblər. "Amerikanın Səsi" xəbər verir ki, Menendez ona qarşı irəli sürülən ittihamlarla özünü təqsirli bilməyib.

Vəkillik fəaliyyəti ilə tanınan senator Kardin ikinci dəfə komitənin rəhbərliyində Menendesi əvəz edəcək. O, Menendez korrupsiya ittihamı ilə ittiham olunduqdan sonra 2015-ci ilin aprelindən 2018-ci ilin fevralına qədər komitəyə rəhbərlik edib.

Gələn həftə 80 yaşı tamam olacaq yəhudi əsilli senator Kardin gələn il yenidən seçilmək istəmədiyini açıqlayıb.

Kardin karyerası boyu insan hüquqlarına diqqət yetirib, xüsusən də Rusiyada korrupsiyanı ifşa edən və həbsdə olarkən dünyasını dəyişən vəkilin adını daşıyan Maqnitski Aktının müəllifi olub.

2012-ci ildə qəbul edilən və 2016-cı ildə bütün dünyaya yayılan qanun ABŞ hökumətinə insan haqlarının pozulmasında iştirak edən şəxslərə qarşı sanksiyalar tətbiq etməyə icazə verir

Kardinin təyinatı Misirlə bağlı siyasətdə dəyişiklik ola bilər. Menendes öz nüfuzundan Misir hökumətinin xeyrinə istifadə etməkdə ittiham olunur. Kardin prezident Co Baydenin bu ay Misirə 235 milyon dollar hərbi yardım göstərmək qərarını tənqid edib.

Bəzi millət vəkilləri Menendezə qarşı irəli sürülən ittihamlar fonunda administrasiyanın Misirə yardım qərarına yenidən baxılmasını tələb ediblər.

S.ELAY,

XQ

Dünya