“Saqqallı” uşaq…

post-img

Filippinli qrafik rəssam Percival Lugue 5 yaşından bəri “McDonald’s”, “Burger King” və digər “fast-food” restoran şəbəkələrindən oyuncaq toplayır. 2014-cü ildən Ginnesin rekordlar kitabına adı düşmüş bu şəxsin 10 min oyuncağı var idi. 

Hazırda 50 yaşı olan Lugu­enin evində döşəmədən tavana qədər yığılmış, təxminən, 20 min ədəd oyuncaq var. Rəs­sam oyuncaqlara olan marağı haqqında danışarkən deyib: “Oyuncaq toplamaq məndə hər hansı işdə uğur qazanmağım üçün stimul yaradır. Digər uşaq­lar oyuncaqlarını sındıranda mən onları sərgiyə qoyurdum. Dostlarımı və ailəmi “fast-food” yeməyə dəvət edəndə onlar oyun­caqlara olan marağımı bildikləri üçün mənə onları hədiyyə gətirirlər”. 

Daha çox elektrik oyuncaqlara marağının olduğunu deyən P.Lugue həmçinin bildirib: “Mənim üçün ən dəyərli oyuncaq 1988-ci ildə anamın hədiyyə etdiyi Jollibee zəncirindən tutacaqları olan “Hetty Spaghetti” adlanan heykəlcikdir.

Hazırda rəssamın ən böyük arzu­su oyuncaq muzeyi açmaqdır. 

F.SALMAN
XQ

Dünya