Kanada cinayətdə təqsirləndirilən Hindistan diplomatını ölkədən çıxarıb

post-img

Kanadanın baş naziri Castin Trüdonun Kanadada sikx icmasının lideri Hardip Sinqh Nizharın qətlində əli olduğu üçün yüksək səviyyəli Hindistan diplomatını ölkədən çıxarıb. Məlumatı Kanada mətbuatı yayıb.

Kanada hakimiyyəti hadisənin Hindistan kəşfiyyat orqanları tərəfindən 2023-cü ilin iyunun 18-də törədildiyini bildirir. Güllələnmə Britaniyanın Surrey şəhərindəki Sıkx mədəniyyət mərkəzinin qarşısında həyata keçirilib.

Hindistanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Kanadanın iddiasını “absurd və əsaslandırılmamış” adlandırıb. Bəyanatda Sıkx hərəkatının Hindistan diplomatlarına qarşı “zorakılığa təhrik etmək” olduğu bildirilib. 

Qeyd edək ki, Kanadada 770.000-dən çox Sıkx əhalisi var. Bu da Kanada əhalisinin təxminən 2%-ni təşkil edir.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya